İçdən süzülən arzular yerləri göylər edərdi. Bir mərhəmət arzusu neçə-neçə bağlı gözlərə nur verərdi, aydınladardı onları. Qərib gəldi bizə həmişə bu dünya, istər doğmalarıyla, istərsə də yadlarla. İçimizə doğmamışdımı, sonsuz olan o eşq qol-budaqlarıyla. Qanadsız uçmaq olarmış, üzlərdə gülüş qırışları yaratmaqla. Qalib olan aparır anları, məğlub olansa illəri yığmaqda. Zaman keçdikcə cüt olan suallar tək cavab olmaqdadı. Yaxşı bir söz bəzən bir nəfəsdən belə artıq həyatdı.