Yəqin ki, hər birinizə wrilogun bloggerlərini yaxından tanımaq, onların məqalələri və blogları ilə bağlı öz sözlərini eşitmək çox maraqlıdır. Bu səbəbdən boggerlərimizlə ayrıca söhbətləşmək qərarına gəldim. Sizə isə oxuyub, dəstək olmaq düşür. İkinci müsahibəmi sizə təqdim edirəm. Müsahibim Wrilogun yaradıcısı, hamımıza doğma olan Ülvi bəydir. 


1. Ülvi bəy, zəhmət olmasa özünüzü tanıdardınız.


 - Ülvi Gülbabayev 90-ci illərin birində Şamaxı şəhərində dünyaya gəlmişəm. Orta məktəbi Şamaxıda başa vurub Azəribaycan Texniki  Universitetinin  sənayənin təşkili və idarə olunması ixtisasında təhsil almışam. Özüm haqqında standart məlumatlar bu qədər.


2. Necə oldu ki, Wrilog kimi böyük bir platforma yaradıldı?


 - Bc Group olaraq Wrilogdan əvvəldə platformalarımız olub. O platformalardan qazandığımız təcrübələrin nəticəsidir Wrilog. Mən yazar deyiləm. Düzdü, Wrilogda Evolvit adlı bir blogum var və üç dənə məqaləm olmalıdır, amma artıq yazmıram. Əvvəllər öz fikirlərimi yazırdım. Bir gün bir xəyal qurdum, niyə də fikirlərimi eşitmək istəyən insanlara çatdırmayım Və düşündüm, tək deyiləm bu xəyal da. Wrilogu yaratdı və hər gün bu xəyalımla daha çox qürur duyuram.


3. Wrilogla bağlı ən çox qorxduğunuz şey nədir?


 - Bir gün Wrilogsuz qalmaq deyərdim. Wrilog mənə çox insanlar qazandırdı. Wrilogu itirmək oları itirməkdir məncə.


4. Bloggerlərin arasında heç olubmu ki, müəyyən vəziyyətlə bağlı ayrı-seçkilik salmısınız? 


 - Məncə ayrı-seçkilik olmayıb. Wrilog yarandığı gündən çox insan qazanmışam, amma bəzəndə itirmişəm. Necə deyərlər, çiyin-çiyinə Wriloga başladığımız insanların bəziləri artıq Wrilogda yoxdur. Amma peşman deyiləm. Hər biri ilə də Wrilog xaricində dostluğum davam edir, bilənlər bilir. Wrilog ilk yarandığı gündə bir pirinsipim var, kiminsə haqqın kiməsə taptalatdırmaram. Wrilogu bir qatar kimi təsəvvür edin. Bu qatara minənlər də olacaq düşənlər də. Bunun bu günədək Wriloga heç bir təsiri olmayıb olmayacaqda.



5. Wrilogda hansı yeniliklər gözlənilir?


 - 2019 Wrilogun test ili idi deyə çox böyük təcrübələr qazandıq. Bu test mərhələsində uğurlar əldə etdik. 2020 isə test mərhələsinin bitişi, yüksəliş mərhələsinin başlanğıcıdır. İNŞALLAH görüləcək işləri də əvvəlcədən deyib süprizi qaçırmaq istəmirəm.


6. Digər blog sitələrinə müraciət edirsinizmi?


 - Çox deyil bəzən Onedi və Medium. Şəxsi blogları isə demək olar heç yox. Çünki tapmaq çətindir, elə Wrilogun yaranma məqsədlərindən biridə bu çətinliyi aradan qaldırmaq idi.


7. Ən çox sevdiyiniz ölkə, şəhər hansıdır və bunun səbəbi nədir?


 - Azərbaycan deyərdim. Düzdü, çox adam sevmir, özünü Avropada yaşamğa layiq hiss edir. Bəli qəbul edirəm Avopa Amerika kimi şərait yoxdu xəyalları  gerçəkləşdirmək üçün çoox çətin bir ölkədir amma asan olsaydı marağlıda olmazdı məncə. Belə deyək, asvalt yolda hər kəs rahatlıqla yeriyə bilər amma qayalıqda hər kəs yeriyə bilməz qayalıqda yerimək çətin olsada maraqlıdır. Şəhər olaraq təbi ki Şamaxı çünki çox doğmadır. Şamaxının torpağının üstündədə altındada sevdiklərim var. Digər yerlərdən aldığım yorğunluğu bir tək Şamaxıda ata bilirəm.


8. Wrilog ailəsinə sizin ürək sözlərinizi eşitmək çox xoş olar. Onlara nə demək istəyərdiniz?


 - Xəyal qurmaqdan vaz keçməyin və bacardığınız qədər böyük xəyalar qurun. Böyük insanların kiçik xəyalları olmaz. Qurduhunuz xeyalları reallaşdırmağa çalışın. Əsas odur ki, ilk atdımı atın. Gerisi gələcək.


Müsahibələrimizin ardı var. Bəyənərək, rəy bildirərək, paylaşaraq dəstək olmağınızı gözləyirəm...


Hörmətlə, 

Əhlim Can.