Boz şəhərdə həmişəki külək, qaranlıq və boş  səkidə hərdən ritmlə hərdən ritmdən yayınan addımların rəqsi və getdikcə onların bir anda ciddiləşməsi. 

Bu hadisə bizdən  gələcək 10 il yox , ötüb keçən son 10 gün qədər uzaq bir yerdə baş verir. Doğrusu, iş qalıb obrazların əzminə və ya yazarın insafına....

 

 O , bir neçə addımdan sonra dayandı . Ətrafa nəzər etdikdən sonra aldığı içki şüşəsi üçün özünü söyməyə başladı . Lənətə gəlsin , ayıq olarkən də xoşbəxt ola bilmirəm , sərxoş olarkən də.. Deməli  ki ,içməyin heç bir mənası yoxdur. Dərdlər də o qədər şərəfsizdir ki ,  onların şərəfinə belə içmək olmur . Olmayan şeyi var eləmək necə alınsın  axı?Bədbəxt elə bədbəxtdir ki , bədbəxt.  Yağış damcılarının daha da şiddətli yer tökülməsi onun əsəbini son həddə çatdırdı. Əlindəki içki şüşəsini yerə çırparaq --İçkini aldığı marketin sahibindən , onu istehsal edən fabrikə dək hamını yox -"hər şeyi' söydü. Sonda isə ayağılarının bir birinə dolaşmasına baxmayaraq ,yıxıldığı səkini də yad etdi.  Bu qədər kobud ifadələr əslində nə yağış , nə qəpik quruşa aldığı içki nə də ki , yorğunçuluğun əsəb və ya stressi deyildi.

 Onun mərhəmətini , Tanrıya sevgisini şam kimi əridən bir səbəb vardı.Qızı, yəni Məryəmin bir cümləsi(ləri)

 - ATA , bu gün Fəridə bütün sinfin içində dedi ki, sənin inşa da (mövzusu, Kimə bənzəmək istəyirsiz?) bəhs etdiyin ,  sevimli  adam var, ha ! Dünən "mənim ad günümdə, mənim üçün klounluq edirdi "Sənin atan Kloundur . Səndə ona oxşamaq istəyirsənsə , ilk növbədə gərək mənim üçün təlxəylik edəsən. Buyur, başla Məryəm.

Bu sözlər iki dünya bir ola , Məryəmi , atası qədər incidə bilməzdi . Bu dərin yaralara tökülən duz kimi ağır idi. Və o , ağrıların iztirabın da  gəbərirdi. Yer yarılsa , xeyri yox idi. İndi səlis olan danışıq qabiliyyətində yalnız və yalnız - göyləri tənqid edirdi.   

 

 

Qeyd: Bu sadəcə olaraq kiçik bir intro idi. Hekayənin əsl məğzi növbəti bölümlərdə anlaşılacaq. Yazılışdakı qüsurlara fikir verməyib , əsərdə özünüzü canlandırmanız daha əlverişli olar.