Bəzən insan sıxılır.Öz-özünə sual verir hərdən "niyə belədi axı" deyə..kimi iş barəsində,kimi pul barəsində,kimi də eşq barəsində dərd çəkir..Kimisi də itirdiyinə görə dərd çəkir..Amma nə fayda..Hər şey əldə olduqdan sonra "dərd" kəlməsi doğulmazdı bəlkə də...Hətta o dərəcəyə gəlir çatır ki,insan artıq ölümü çıxış yolu kimi görür,amma fikirləşmirki,ölüm sadəcə ona şirin bir yem kimi özünü göstərir..Hani ova gedərkən ovçular heyvanları tutmaq üçün pusuda durar və ya tuzak falan qurar...bunun da onunla heç bir fərqi yoxdur.Zaman elə yerdə qapımızı döyürki,hamı eşqə görə ya depressiyaya düşür,ya da intihar edir...ya da ki dəli olur.Hər kəsin həyatında 1 dəfə də olsa "Mavi Günəş" doğmuşdur(bəlkə də doğmamışdır)..həm də elə zamanda doğmuşdur ki,hamı onu görərkən "kaş başqa vaxt doğsaydın da,indi əlimdə onun şəkillərinə yox,sənə doya-doya baxaydım" deyir...amma nahaq deyirlər..çünki o,ancaq ən hüzünlü anlarda doğar və mavi rəngiylə bir rahatlıq verər..başqa zamanda doğması..imkansız..Digər "mavi"lərdən fərqli olaraq "Mavi Günəş" istədiyin anda qarşına çıxmaz..ya depressif halda olarkən sənin qarşına çıxar,ya da heç vecinə olmazsan...Başqaları səni vecinə almazkən,o səni alar..başqaları sənə rahatlıq verməzkən,o sənə öz mavi saçaqlarıyla,sanki səni özünə sığındıraraq,bir rahatlıq,əminlik verər..Hər şey yoluna girmişkən səndən ayrılar və yenə sənin hüzünlü gecəni gözləyər..Və bir də qarşına çıxması üçün sən üzüntünü gözləyərsən...