Keçirdim dağlardan , əlimdə alma

Girdinsə, bu bağa geriyə baxma 

Gündüz işığında , gecə gümanda

Bir Telli sazının simində qalma!

 

Baxır pəncərədən gündüzün mehi

Uzun saçlı yarın gözləri mavi

Bəlkə , düşünməyir insafsız məni

Ay vəfasız ,mənim kölgəmdə qalma!

 

Qaranlıq düşərdi , hər günün sonu

Dayanmadan düşünərdim , mən isə onu

Dərk etmir bu beyin , o gedir öz yolunu

Bir alagöz yarın izində qalma!

 

Bəzən Ay da yanır dərdimə mənim,

Günəş də parlamır bəxtimə mənim ,

Gözlərin də baxmır , üzümə mənim , 

 O Mavi gözlərdə ilişib qalma!

 

Bəlkə, düşünürsən , mən dönəcəyəm,

Hər şeyə rəğmən , mən

gələcəyəm,

Mən isə səhvimi düzəldəcəyəm,

Özümü axtarıb , düz gedəcəyəm

Səhvlərin içində məni axtarma !

 

Sevil Abdullazadə " Beta " komandası 

Ps: Müəllif hüquqları qorunur.