Əslində hər şey necə və hansı tərəfdən baxdığımızdan asılıdır. Önəmli olan sadəcə nə edəcəyimizdir. Bunu daha yaxşı anlatmaq üçün sizinlə həqiqi və öz həyatımdan olan bir hekayə paylaşıram.

İkinci kurs idim. Yeni bir evə kömüşdüm. Və orada bir  patok yoldaşım var idi. Onlar yan otaqda qalırdı. Və 4 nəfər idilər. Mən isə həmişəki qəribə görünüşümdə idim. Və əlbətdə ki mənə çox qəribə baxırdılar. Dostum mənim nə qədər normal biri olduğumu desə də onların mənə qarşı fikirləri belə imiş. Bu nədir?  bir gün dostum məni otaqlarına çağırdı. İçəri girən kimi mənə qarşı düşüncənin nə olduğunu anladım. Və belə bir söz dedim gəlin sizi pisixoloji analiz edim. 

Burda sizə heç kimə demədiyim bir sirrimi deyim. Sizə qarşı önyargılı olan insanların pisixologiyasını anlamaq çox asandır. Bunun pisixoloji əsaslarını uzun uzadı yazmayacam.

Necə analiz edəcəksən deyə sual verdilər. Yazılarınıza görə üz quruluşunuza və əllərinizə görə dedim. Artıq birinci mərhələni keçib maraqlarını çəkmişdim. Və onları təxmini bir hipnoz vəziyyətinə almışdım. İkinci mərhələ onlara nəsə yazdırmaq və ya yazılarını görmək idi. Lakin önəmli bir məqam var idi hər birinin ən az bir sözü olsa da necə yazdıqlarını görməli idim. Artıq üçüncü mərhələdəydim. Suallarımı elə verməli idim ki, mənim əslində məlumat verdiyimi və analiz etdiyimi sansınlar. Sadəcə bir cümlə deyirdim. Məsələn yazınızı yazarkən çox qalın basdırmısınız. Məncə siz beli üstündə yatan birisiniz. Cavab hə olsada yox olsada mən ondan artıq necə yatdığı ilə bağlı bir məlumat almış olacaqdım və buna görə digər pisixoloji məqamları anlayacaydım. Və son mərhələyə gəlmişdim. Bunu hər 3 şəxsdə etməliydim. Lakin patok yoldaşım olan dostumda yox. Bunun səbəbi əlbətdə ki, beynim yorulurdu və səhvlər edə bilərdim. Lakin belə bir söz var. Statistik olaraq dənizdə ən çox boğulanlar ən yaxşı üzgüçülərdir. Bu həqiqi bir məlumatdırmı bilmirəm. Amma belə bir məqam var ki dərin olan yerə getdikcə suyun üzərində qalmaq və üzmək çətinləşir bunu bilməyən və bir çox özünə güvənən insan çox irəli gedib boğulmuşdur. Yəni dostumu tanıdığım üçün onda söz deyərək məlumat alma taktikasını həyata keçirə bilməzdim. Və eyni zamanda dostumu məntiqindən uzaqlaşdırmağımda daha çətin olacaqdı və problem onunla ilgili bildiklərim sadəcə gözləm bacarığımdan əldə etdiklərim olacaqdı. Və mən Şerlok Holmes deyiləm. Buna görə də dostumu analiz etmədim və yorğun olduğumu dedim. Səhv xatırlamıramsa sonra Domino oynadıq bəlkə oyunlarına görə də bəzi xüsusiyyətlərini demiş ola bilərəm. Lakin dominonu elə də yaxşı oynamırdım.