Qəm karvanım


Yenədə dönmüşəm mən öz sözümdən

Demişdim görməyim, səsin duymayım!

Xəyalın ayrılmır gözümün önündən

Bu fikir, sevgi ilə necə anmayım?


Getdikcə baxıram xəyal, fikrindən

Saçlarım ağarıb mən qocalmışam

Ayrılmaq keçəndə sənin fikrindən

Mən sənin adına şeir yazmışam


Sevgi bir oddursa necə yanmayım?

Qaça bilərəmmi duyğularımdan?

Hərdən düşünürəm laqeyd qalmayım

Bezmişəm ürəkdə yanğılarımdan!



Qaçmaq istəyirəm mən keçmişimdən!

Baxıram ardımda qəm karivanım

Gəlir qəm arxamca tutur əlimdən

Deyir: “Olmaz mənsiz gələcək həyatın”


Səndə gəl nə olar tut əllərimdən!

Duyarsan qəlbimin atış səsini

Bir gün əskik olmur yaş gözlərimdən!

Buraxdığın gündən sən əllərimi



Bilirəm duymarsan qəmi səsimdən

Kar qulaqdan heç vaxt mədət ummaram!

Sən gəlib əgər tutsam əlimdən

İnan ki sevginə laqeyd qalmaram!