Nəyin bəlasına duçar olmuşuq? Niyə hər gün həyatımızdan şikayətlənir, hər bir şeydən narazı oluruq ? Hər iki insandan biri demək istərdim amma əfsuski artıq hər ikisi narazıdır. Hamı nə iləsə bağlı ya özünü ağıllı hesab edərək ,  yada qarşısındakını axmaq hesab edərək sanki bütün xarici ölkələri gəzmiş,onların siyasi və inzibati idarəsinə şahid olmuş kimi danışır. Danışır çünki sadəcə,əslində bilmir,məncə heçnə bilmir. Ya danışmaq xətrinə danışır , yada ətrafdakılarına özünü isbatlamaq ,özünü ağıllı göstərmək naminə . Məncə bu kimi şeylər psixoloji zəiflikdən irəli gəlir . Çünki məncə birinə özünü isbatlamağa , yada ağıllı göstərməyə çalışmaq bunun əksini özünündə qəbul etdiyinə nişanədir .  Bu kimi şeylərdə cəmiyyət özü günahkardır . Zövqlərin , düşüncələrin , hisslərin iyrəncləşdiyi və ən əsası zəkasızlığın  daha yüksək səviyyədə olduğu bir cəmiyyətə çevrilib cəmiyyət . Hansı ki cəmiyyət ziyalıların ibarət olduğu topluma deyilir ki ,bu gün biz bu cəmiyyətdə ziyalı axtarsaq bu samanlıqda iynə axtarmağa bənzəyəcək . Mən hər kəs kimi dövlət , məişət problemlər və bir çox mövzulardan yazmaq istəmədim. Çünki bu mövzulardan yetərincə bəhs olunur . Nə fayda ? Yenə  "  Köhnə hamam , köhnə tas " məsəli  (  .    Bir nüansı götürək cəmiyyətdə əgər, cəmiyyət demək olarsa təbii ki . Qadınlar niyə bu qədər eqolu ,kişilərsə niyə bu qədər sınıq , bəzənsə qadınlardan daha çox eqolu olublar. Səbəb ? Böyük sual  işarələri yaranır ki getdikcə daha da nəhəngləşir bu sual işarələri . Çox uzağa getməyim bu gün bir xanımla söhbət edirdik söhbət əsnasında xanım niyəsə atasının bir çox bazarlara kartof ixracı işinə baxdığını,  sevgilisinin hərbçi olduğunu dəfələrlə vurğuladı.

Niyəsini özümdə bilmədim. Pulu ilə mi öyünürdü , ya özünü daha yüksəkmi göstərməyə çalışmasındanmı belə elədi bilmədim.   Bu kimi hallarla çox qarşılaşırıq məncə . Bunda da biz özümüz  günahkarıq. Hər gün şikayətlənməyimiz , özümüzü bəyənməməyimiz və ya özümüzü həddindən çox bəyənməyimiz nədən irəli gəlir ???  Mənə görə beyin aclığından irəli gəlir ki bu aclığıda sadəcə bilik və dərin düşüncə ilə doydurmaq olar. Ona görə də bizim oturub uzun uzadı dərin düşüncələrə dalmağa çox,  həmdə çox ehtiyacımız var məncə  :(..    Xaricdən danışan dırnaq arası aristokratlara isə həqiqətəndə dünya görüşünü , amma əvvəlcə bilik və düşüncə səviyyəsini artırmaq lazımdır  mənə görə. 

Niyə və nəyin bəlasına düçar olduğumuz da aydınlaşar o zaman.



Ardı var )...