Hörmətli, Əlilər, Aysellər, Vasiflər, Səmalar, və bu kitabı oxuyan hər kəs. İndi sizə bir sualım var. Bu həyatda niyə yaşayırsınız demiyəcəm. Yaxud da nə etmək istəyirsiniz demiyəcəm. Xəyalınızın nə olduğunu və ya hansı məqsədləriniz olduğunu da soruşmayacam.

Sizin vəzifəniz nədir? Əminəm ki, bu sualı çox insanlar düşünür. Bəs hamı cavablayırmı? Ya da  hamı həqiqətən əgər bilirsə, vəzifəsinə sadiqdirmi? Həyat qəribədir. qarşımıza minlərlə yollar çıxır. Çox fərqli yerlərə sürüklənirik. Bəzən çökürük, bəzən göylərə çıxırıq. Nə edəcəyimizi bilmədiyimiz yollar da olur, hər şeydən tam əmin olduğumuz məqamlar da. Lakin bəzən əmin olduqlarımız düz çıxmır. Ya da tam tərsi olmaz dediyimiz şey olur. Həyatın qəribəliyi və marağı da bundadır. Nəyin nə olduğunu əsla bilə-bilmirik. Təəssüflər olsun, lakin indi sizə bu həqiqəti açıqlamalıyam. Həyat sizi vəzifənizə yaxınlaşdırmaq üçün belədir. Diqqət belədir deyirəm. Belə edir yox. Çünki əslində həyat heç nə etmir dostlarım. Nə olursa bizim düşüncə və etdiklərimizin nəticəsi olur. Sadəcə hər şey də bizimlə əlaqəli olmur. Bəzən biz hər şeyə bizimlə əlaqəli imiş kimi baxırıq. Lakin anlamaq istəmirik ki, bizdən çox daha böyük, güclü, fərqli, şeylər var. Və bu bizimlə əlaqəli deyil. Unutmayaq ki, kəpənəklərin qanad çırpışlarıdır fırtınalara yön verən. Bəs vəzifəmiz nədir bu həyatda? Səhərdən nəyə görə uzadıram. Dəyərli dostlarım vəzifənizin nə olduğunu sizdən başqa heç kim bilmir. Siz deməsəniz və ya göstərməsəniz də heç vaxt bu bilinməyəcək. Qısaca izah edim.

Bir milyon dəfə demişəm ki, uşaqlıqdan bəri fərqli biri olmuşam. Və fikirlərimi izah edərkən və ya bir hərəkət edərkən daima gördüyüm bir şey var idi. Başımı çevirdiyim hər yerdə problem var idi. Və başımı bir yerə çevirməsəm də problem var idi. O anlarda sadəcə bir gün bu dünyanı dəyişə bilmək. Və problemlərin hər  birini həll edə bilmək istəyirdim. Amma böyüdükcə anladım ki, problemləri onlarla mübarizə  apararaq həll etmək mümkün deyil. Və yavaş-yavaş dərk elədim ki, mənim bu həyatdakı vəzifəm cəmiyyətin içindəki düşünən və daima o problemləri həll etməyin yollarını araşdıran, öyrənən və öyrədən şəxs olmaqdır. Bu gün daha düzgün başa düşürəm ki, mənim vəzifəm məndən böyük bir şeyin parçası olmaqdır. Eynən balaca kəpənək qanadları kimi.

Vəzifənizi nə vaxt və necə anlayacaqsınız bilmirəm. Amma qəlbinizi dinləyin. Onun dediklərinə qulaq assanız anlayacaqsınız vəzifənizi. Çünki qəlbiniz heç vaxt susmur və sizə vəzifənizin nə olduğunu ən çox nəyi istədiyi şəklində deyir. Və unutmayın hər bir qəlb cəsurdur. Və sizə sizi belə qorxudan, bu qədər də yox dedirdən şeyləri məsləhət biləcək. Və siz onun üçün bir addım atanda anlayacaqsınız əslində xoşbəxtliyi də, siz olmağı da, dünyanın ən böyük tarixi şəxsiyyətlərini də. Qəlbinizə qulaq verin.