Betta komandası. Bir Ölkə düşün! Bir Xalq düşün! Ən böyük imperiyanın tərkibindəki ən kiçik dövlətlərdən birinin xalqını, amma eyni zamanda həmin imperiyadakı ən cəsur xalq...

"Azadlıq!" deyə bar-bar bağıran 10minlərlə insan düşün. 10minlərlə insanı 1 gecədə susdurmağa, qorxutmağa, meydanlara çıxmasına əngəl olmağa çalışan bir ordu düşün. Bu ordu 10 minlərlə insanı "azadlıq" istədiyinə peşman eləmək üçün 100lərlə insanı 1 gündə qətlə yetirir, bununla istədiyinə nail olduğunu düşünsə də elə həmin qətldən 2cə gün sonra nə ki 10min, 2milyondan çox insan cəmi bir neçə gün əvvəl dəhşətli faciə yaşamalarına baxmayaraq həmin orduya inad edib, meydana axışır. Qorxmadan!Gizlənmədən! Bu xalq Azərbaycan xalqıdır! Bəşər tarixində, dünyanın heç bir nöqtəsində faciəyə məruz qaldıqdan 2cə gün sonra qorxub qorunmağa çalışmaq əvəzinə, tam əksinə inadına milyonlarla insan olaraq meydana yığışıb birliyini nümayiş etdirən başqa bir xalq olmayıb...

20 Yanvar faciəsinin şəhidlərini dərin hüznlə anırıq, onlarla qürur duyuruq. 

Betta komandası