Bütün məməli heyvanlar kimi bir inəyin süd verməyi üçün ana olmağı lazımdır və südü isə öz balalarını bəsləmək üçün yetərlidir.İnsanların südə olan ehtiyaclarına görə bala anadan ayrılır.Dişi körpələr də süd istismarına görə saxlanılır, erkək körpələr isə 4-5 aylığında kəsimxanalara göndərilir.Normal şəraitdə 20-25 il yaşamalı olan inəklər süni şəkildə hamilə buraxılmaq ,hər doğuşdan sonra balasından ayrılmaq kimi travmalara görə 4-5 ili doldurur, sonra isə aşağı keyfiyyətli ət kimi kəsimxanalara göndərilir.Göründüyü kimi süd və ət sənayesi bir-birindən asılıdır.
Yumurta sənayesi də bir o qədər dəhşətlidir. İnkubatordan çıxan cücələr cinsinə görə seçilir: erkək cücələr yumurta verə bilməyəcəyi üçün öldürülür , dişi cücələr isə böyüdülür.Həmçinin dişi cücələrin dimdikləri kəsilir və heç bir ağrıkəsicidən istifadə olunmur.Dimdik kəsiminin səbəbi isə yemi azaltmaq və dar qəfəslərdə qalan toyuqların bir-birinə yetirdikləri xəsarətin qarşısını almaqdır.Təbii ki ,belə bir şəraitdə toyuqlar 8-9 il deyil, cəmi 2 il yaşayırlar.
Yun istehsalı üçün qoyunlar öldürülmürsə ,problem nədir ?
Yun istehsal etmək üçün qoyunlar istismar edilir.Təbii şəraitdə yaşayan vəhşi qoyunların yununu qırxmağa ehtiyac yoxdur.İnsan tərəfindən genetikasına müdaxilə edilməmiş qoyunların tük örtüyü təbii olaraq ,yay və qış aylarına uyğunlaşır.Lakin "əhliləşdirilmiş" qoyunların qalınlaşmış yununda həşəratların parazit sürfələri üçün münbit şərait yaranır.Bunun qarşısını almaq üçün quyruqları dünyaya gəldikdən 2-8 həftə sonra kəsilir və yay aylarında yunları qırxılır.Yun istehsalı azalan qoyunları isə kəsimxanalar gözləyir.
Südə,yumurtaya,ətə,yuna olan ehtiyacımız bu sənayelərin inkişafına gətirib çıxarır,yəni heyvanlara qarşı olan bu zülmün başlıca səbəbi bizik.