Böyümüşəm, kiməsə aşiq olma məcburiyyəti hiss etmirəm artıq. Elə bir böyümüşəm ki, qəlbimdə boşluq hiss etmək narahat etmir məni. Beynimi keyfiyyətli şeylərlə məşğul etdiyim üçün böyüdüyümü daha da çox hiss edirəm.
 
Böyümüşəm. Artıq hər küləkdə şeir demək gəlmir içimdən. Daha doğrusu bunu etməklə bağlı məcburiyyəti hiss etmirəm. Həm də şeir üçün mövzu da olmur, bu, beynimin olduqca rahatlığındadır, ola bilsin ki. Ya da kiçik əsintilər bəs etmir yəqin ki, artıq fırtınalara ehtiyac duyuram hər halda.
 
Bu gün qar yağarkən mən bütün uşaqlığımla üz-üzə gəldim. Günəşə olan nifrətim özünü heç bu qədər büruzə verməmişdi. Sildim bütün xəyallarımı, arzularımı, mən özümlə qarşılaşdım. Bütün sevmək istədiklərimi də yox etdim beynimdə, ancaq nifrət edə biləcəklərimi düşündüm. Ən çox da özümü düşündüm, axı ən çox nifrət etdiyim elə özüməm. Səbəbi 20 ildən çoxdur ki, məlum deyil. Böyüməyi bəhanə kimi bəhanə göstərib, yenə də yalan deyərdim, amma uşaq vaxtı da beləydim axı mən.
 

İllərdir ki, beynimdə hər gün daha da reallaşma tələbatı artan bir intihar növü var. (Bəhs olunan mövzu haqqında "intihar" adlanan linkə daxil olun)

 

Mən ki bu dünyaya aid deyildim, burada yaşamağa uyğun biri deyildim. Bəs niyə yaşamaq get-gedə asanlaşır mənim üçün? Deyəsən, öyrəşirəm artıq. Çox az hadisə təsir edə bilir, keçmişdə yaşadıqlarım çox tez unudulur. Yəqin ki, müsbət bir hal kimi qiymətləndirirsən bunu? Yox! Əslində deyil. Bu mənim üçün məğlubiyyətim, dünyanın mənim üzərimdə qalibiyyətə yaxınlaşması deməkdir. Məni də sıradanlaşdırmaq istəyir, onlardan biri olmağımı tələb edir. Amma təslim olmaram axı mən?! Yoxsa, nə anlamı qalardı bu mübarizənin? Dünya məni hər kəs kimi edənə, məni məğlub edənə qədər öz üzərimdə qalib gəlməliyəm. Mübarizəmin kimlə olduğunu bilirsən də. Nə hər hansısa bir insan, nə də başqa bir məfhum. Mən yalnız özümlə mübarizədəyəm. Təbiətlə insanlar arasında qarşıdurmada olduğu kimi, qalib gəlmək üçün özümə məğlub olmalıyam.