Sən də istəyəcəksən bir gün. Darıxacaqsan sən də mənim kimi. Sənin də Hüseynağa Hadiyevin "Sən Olmuşam" mahnısına qulaq asan kimi ilk mən ağlına gələcəm.

 

"Mən özüm deyiləm, mən "sən" olmuşam"

Mən gəlməsəm də sən gətirəcəksən ağlına. Sən də sevilmək istəyəcəksən. Sən də bir gün bezəcəksən qarşılıqsız sevmələrdən. Sən də bezəcəksən hər kəsdən bir gün. Çıxıb getməyə yer axtaracaqsan mənim kimi. Onda ağlına gətirəcəksən mənim sənə yazdıqlarımı. Sən də ağlayacaqsan qış olanda gözlərin yaşardığı kimi soyuq havada. Yayın cırhacırında ilk gördüyün günü yadına salacaqsan.bir gün o qədər darıxacaqsan ki, adımın baş hərflərini dəftər qıraqlarına yazacaqsan. Bir gün biryerdə olduğumuz günləri yada salacaqsan. Bir yerdə oturduğumuz yerlərə gedəcəksən, ən sevdiyim mahnılara qulaq asacaqsan, sən də mənim kimi olacaqsan. Mən amma sənin məndən ötrü darıxmadığını düşünüb çoxdan ümidimi üzəcəm səndən. Sən də səni əvvəlki kimi sevmədiyim üçün səbəbkar olduğuna görə peşman olacaqsan. Ən çox da davalarımızdan ötrü darıxacaqsan. Sənin də göz yaşın axanda mənim kimi sol gözün ağrayacaq. Sən də nəyisə əlinə alanda sol əlin tutmayacaq yerə salacaqsan. Sən də gəzəndə sol ayağın büdrəyəcək yeriyə bilməyəcəksən. Bax məndən ötrü darıxdığın vaxtlarda sol tərəflərini hiss etməyəcəksən. Amma artıq gec olacaq. https://youtu.be/xA2Lnc7_tkg bu da qalsın burda :) 

Sevgilərlə...