Nə könül almağa icazə verir

Üzünə baxmasam inciyir, gözəl

Yanmış ürəyimi tarimar edir

Mən nələr çəkirəm bilməyir, gözəl


Dağlar başındakı qar kimi üzü

Bənövşə, lalədi,nərgizdi sözü

Çağlayan bulaqdı hər iki gözü

Nəğmələr qoşuram dinməyir,gözəl 


Gülüşü dünyanın ən gözəl anı

Çiçəyə boyayır,eli hər yanı

Baxanda anıram mən Yaradanı

Gülümsə deyirəm,gülməyir gözəl 


Ürəyi billürdür, baxışı günəş 

İncə qəmzələrə tapılmaz bir eş 

Qaşları nə gözəl çəkib qələmkeş

Baxanda  ürəyim dözməyir,gözəl !


Rüstəməm çoxdandı ah-zardayam.

Üzün bir müddətdir intizardayam

Gəl ey siması nur gör ki, dardayam 

Sevən aşiqini üzməyir, gözəl !

Rüstəm Sadiqli