Bir Əslim varıymış

Yenə eyni şeylər canlanırdı yaddaşının hər hissəsində. Eyni fəsil, o yağışlı kənd səhəri, güzün gəlişiylə ətrafa yaydığı külək qarışıq möhtəşəm ətir. Kəntlərdə güz göz oxşayan mənzərələri ilahi mükəmməliyyətlə təsvir edirdi həm də bir ərazidə yox, bütün bağlarda və sahələrdə belə idi bu. Gənc əsgər gözünü pəncərədən eyni nöqtəyə zilləyərək saatlarla hərəkətsiz düşünər, ya da keçmişinə axıb gedərdi. bu hal onu vərəm dispanserinə gətirdikləri gündən bu yana heç dəyişməmişdi. Əslində bu gənc əsgər hər kəsin diqqətindəydi. Çoxlarının maraqında olan sual eyniydi. Hətda bəzi fikirlər də deyilirdi ki, “Görəsən hərbi  hissədə şəraitsizlikdənmi bu hala düşüb?” ya da “Bəlkədə yaxşı yerdən çıxmıyıbmış üstəlik də əsgərliyi çətin keçirmiş”. Mənim də diqqətim ancaq ona hakim kəsilmişdi. Yox, yox qətiyyən yaraşıqlı olduğu üçün deyildi bu diqqət. Bəlkədə hekayəsini bilmək istəyirdim sadəcə. Düzünü desəm bu dispanserdə və əsla çölə çıxmadığı bu tənhalıq divarlarını əsir alan palatada belə itirməmişdi yaraşığını. Xüsusən gözləri... 

Onu tanımasam da gözlərinə tək bir dəfə cəsarət edib baxa bilmişdim, həmən andaca anlamışdım o qəlbi titrətməyi bacaran gözlərində fəryad qoparan dəhşətli bir keçmişin olduğunu. Yox əsla başqa bir niyyətim yox idi, gözlərinə də təsadüf nəticəsində baxmışdım. O bu dispanserə gəldiyi ilk gündən mən nəzarət edirəm ona. Hətda desəmki o bura gəldikdən sonra mən hər gecə dispanserdə növbəyə qalıram yalan olmaz. Bilmirəm niyəsini ancaq, onu tək buraxmaq istəmirəm. Düzdü danışmırdı mənlə, heç kimlə danışmırdı o. Ara-sıra için için ağladığını görmüşdüm. Ancaq gördüyümü ona bəlli etməmişdim. Onu elə görəndə ürəyimdə hiss etdiyim sızıltının səbəbi də mənə məlum deyil, heç sorğulamıram da. Yenə yadıma düşdü o gün, gözlərini gördüyüm gün...

Heç kimlə danışmayan, səsi çıxmayan bu əsgər ilk dəfə o gecə səsini çıxartdı. Yaxınlaşıb nə dediyini eşitmək istədim. Tək bir söz çıxdı ağzından... “Əslim...” 

Gerisi sükunət oldu. Əlinə toxundum, cəld açdı gözlərini, bax elə o qısacıq andaca gördüm o gözlərin gözəlliyini və içindəki qopan fırtınaları.


 O gecədən sonra daha diqqətli davranıram ona qarşı, əvvəlcə bir neçə saat tək qalsa da, indi hər dəqiqə onu izləyirəm. O dinmir, danışmır düzdü. Ancaq mən hiss edirəm ki, Əslim hər kimdirsə bir kəlimədən ibarət deyil...

(I hissə) 
Yazar: Aytac Qayıb