Bəzən həyatın qarmaqarışıqlığından küləyin insana pıçıldadıqlarını duya bilmir insan. Keçmişin xatirəsi, indinin xəyalları və gələcəyin müəmması qarşısında sanki fırtınaya tuş gəlmiş budaqtək titrəyib, çiçəktək bükülürük. İnsanların öz dünyamızda qoyduğu izlərdən yağışın toxunuşunu hiss edə bilmirik. Hər bir damlasında onlarla yaşanmışlıq olan gözyaşlarından heçdə fərqi yoxdur əslində. Tək fərq o(buludlar) öz hönkürtüsünü bizlərə göndərib dünyaya sığdırarkən biz gecələrə, səssiz keçən dəqiqələrə sığdırıb, əmanət edirik