Cahil sualları dayandırdı və sakitcə bir neçə saat oturdular.  Lakin sakitliyi ilk pozanda yenə Cahil oldu. Bəs mənlə  nə işin var? Biz burda nə edirik. Niyə mənimlə gəlmək  istədin bura?

Uşaq cavab verdi. Ey Cahil necə ki, bir insan daima özünə bir sual verər və cavabını bilsə də sorğulamağa davam edər. Sən də indi o insan kimi verdiyin sualın cavabını bilirsən.

Bəs cavab həqiqətən bildiyimiz kimidirmi fani?

Həm hə, həm də yox. Bu necə olur.

Cahil  molladakı kitabın adı nədir?

-Sən mollanı haradan bilirsən?

Uşaq gülümsündü və susdu.

Cahil davam etdi.

-Üsyankar!

Bəs o kitabı niyə oxuyursan?

-Mən ilk dəfədi kitab oxuyuram. Və yavaş-yavaş xoşuma gəlir o kitab.

Səncə oxumalısanmı?

-Bilmirəm.

Niyə bilmirsən?

-Mən Allaha inanıram kitab isə biraz qəribədir. Amma eyni zamanda oxuduqca biliyim də artır.

Cahil səncə oxumalısanmı?

-Həm hə, həm də yox.

Düz deyirsən.

Cahil susdu. Çünki artıq lazım olanı anlamışdı. Bir sual yenə vermək istədi lakin biraz düşünməyi seçdi.

-Ey Fani əgər səni min yaşında görənlər varsa deməli sən çox görübsən və çox bilirsən.

Həmd olsun Allahın icazə verdiyi qədərini.  

-De görüm mənə bu sualın cavabı niyə həm hə, həm də yox idi.

Cahil həyat qəribədir. Və uca Rəbbimiz bizim bilmədiyimiz çox şeyi bilir.  Onun sorğulayın dediklərini sorğulayaq. Lakin onun sorğulamayın dediklərini sorğulamayaq. Bu qismətdir. Əslində taleyimiz bizim iradəmizdədir. Lakin əgər mən səni seçmişəmsə bu mənim taleyim sənin isə qismətindir.

-İnsan olmaqmı çətindir, yoxsa şeytan olmaqmı?

De görüm Cahil. Balıq kimi üzməkmi yaxşıdır, yoxsa quş kimi uçmaqmı?

-Səncə baş verən hər şey həqiqətən doğrudurmu?

Sualını açıq ver.

-Yaxşı Allahın yaratdığı bu dünyada olan hər şey düzgündürmü? Niyə belə olur deyə sual vermirsən.

Cahil sual da cavab da elmdən yaranır. İnsan doğulur və öyrənməyə başlayır. böyüyərək öyrənməyə davam edir. Həyatı təcrübə edir. Səncə ən böyük təcrübələr düzlərdəndirmi yoxsa səhvlərdənmi?

-Dəyişkəndir.

Çox haqlısan.

-Bir sual yenə verim. Bildiklərin içində həqiqətən sənə sual olaraq qaln heç nə yoxdur?

Cahil sualını açıq ver.

-Allaha vermək istədiyin, ondan soruşmaq istədiyin bir sual varmı?

Mənə bir insanın əsla anlaya bilməyəcəyi bir şeyi anlat və onu anlaya bilim deyərdim.