Gör, nələr çəkirəm ilahi belə

Usyanlar etməkdən qorxuram haşa !

Gün  gəlmir bir zaman üzümüz gülə

Düşmüşəm hüzünlə hər an savaşa !


Gülürəm, ama ki, içim qan ağlar

Yaralar qəlbimi viranə saxlar

Yorur ömür məni,nə üzün yollar

Ömürü beləmi vururam başa ?!


Göz yaşı qoxuyur mənim dərd evim

Nə tez su damıclar həyatım,gəmim

Gecələr qəm-qüssə mənim həndəmim

Nədən erkən dəydi talehim daşa !


Rüstəməm,ürəyim sınıb dünyadan.

Oyanmaq istərəm acı xulyadan 

Allah qəlbim sınıb çıskin ruyadan 

Gör, necə düşübdü ruhum təlaşa...

Rüstəm Sadiqli