Necə biri olacağına qərar vermək deyəsən tam olaraq sənin əlində deyil. Yaşadıqları dəyişir insanı, sən sadəcə hadisələrə necə yanaşacağına qərar verə bilərsən. Əslində bu da içindən gəlməlidir. Əgər nəyəsə sən qərar verirsənsə deməli orda bir səhv var. Beləcə özünə çata bilməzsən. İlk öncə özünü dinləməlisən, nə hiss etdiyini anlamalı və ancaq bundan sonra hərəkətə keçməlisən. Beləliklə xarakterin formalaşacaq. Duyğularını, hisslərini daşdan bir qəlbə həbs etməklə heç nə əldə edə bilməyəcəksən. Qorxursan, əbəs yerə deyil bu yaşadıqların. Ancaq incinməkdən qorxduğun üçün öyrənməkdən vazkeçməməlisən. Həyatının tam da bu vaxtıdır. Qorxmaq,itirmək,incinmək,qaçmaq , öyrənmək... Və beləcə cəsarətli və güclü olmaq, üzləşə bilmək, qazanmaq vaxtı gələcək.