Qarayara kəskin gedişli infeksion xəstəlik olub, septisemiya, or­qa­­nizmin ağır intoksikasiyası, daxili bədən temperaturasının kəskin yük­­səlməsi, şişkinliklər və karbunkulların əmələ gəlməsi, ba­ğır­saq­la­rın, ağciyərlərin zədələnməsi ilə səciyyələnir.

Xəstəliyə Dünyanın bütün ölkələrində təsadüf olunur. Qaraya­ra­ya əvvəllər epizootiya halında təsadüf olunurdusa, hal-hazırda xəs­tə­li­yə sporadiya formasında rast gəlinir.

Qarayara kəskin gedişli infeksion xəstəlik olub, septisemiya, or­qa­­nizmin ağır intoksikasiyası, daxili bədən temperaturasının kəskin yük­­səlməsi, şişkinliklər və karbunkulların əmələ gəlməsi, ba­ğır­saq­la­rın, ağciyərlərin zədələnməsi ilə səciyyələnir.

Xəstəliyə Dünyanın bütün ölkələrində təsadüf olunur. Qaraya­ra­ya əvvəllər epizootiya halında təsadüf olunurdusa, hal-hazırda xəs­tə­li­yə sporadiya formasında rast gəlinir.

Davamlılığı. Törədicinin veqetativ forması 55-600C-də 10-15 də­­qi­qədən sonra, qaynama temperaturasında ani olaraq məhv olur. Gü­­nə­şin düz düşən şuaları törədicini bir neçə saat ərzində, mədə şi­rə­sin­­­də isə veqetativ amil 30 dəqiqəyə məhv olur.

Bacillus cinsi ilə bağlı bakteriyalar, olduqca dayanıqlı sporlara sa­hib olduqlarına görə, əlverişsiz mühitlə uzun müddət yaşaya bilirlər.

Sporlar aerob şəraitində meydana gələn endosporlardır.

Bacillus qrupundakı bakteriyaların spor formaları kimyəvi amil­­lə­rin təsirinə də çox davamlıdırlar. Bakteriyaların spor formaları 50%-li etanolun təsirindən 1 saat canlı qala bilir.

Bac.anthracis sporları 50 ildən çox torpaqda yaşaya bilir.

Epizootoloji məlumatlar. Qarayaraya təbii olaraq bütün növ hey­­vanlar həssaslıq göstərirlər. Qarayara xəstəliyinin baş verməsində hey­vanların növü, cinsi, yaşı, orqanizmin rezistentliyi və eləcə də xa­ri­ci mühit amillərinin mühüm əhəmiyyət kəsb edən rolu vardır. Mü­əy­yən edilmişdir ki, bəzi qoyun cinsləri, xüsusilə Əlcəzair cinsinə mən­sub olan qoyunlar, xəstəliyin törədicisinə nisbətən az həssaslıq gös­tə­rir­lər. Körpə və cavan heyvanlar isə yaşlı fərdlərə nisbətən xəstəlik tö­rə­dicisinə daha çox həssaslıq göstərirlər.

Patogenez. Qarayara basilləri zədələnmiş dəri örtüyü yaxud se­lik qişalar vasitəsilə limfa sisteminə sirayət edir, yerli müdafiə me­xanizmi zəifləyir, limfa düyünlərində basillər sürətlə artıb çoxalır və qan dövranı sisteminə daxil olur. Bununla əlaqədar olaraq septisemiya in­kişaf edir və orqanizmin intoksikasiyası baş verir. Bu zaman qanda ok­sigenin miqdarı azalır, turşu-qələvi nisbəti pozulur, qan laxtalanma qa­biliyyətini itirir. Orqanizmdə törədici, kapsula əmələ gətirir və bu­nun­la əlaqədar olaraq basil faqositoza uğramır.

Simptomlar. Xəstəliyin inkubasiya dövrü heyvan­larda 1-3 sutka, insanlarda isə 8 gündən 2-3 həftəyədək da­vam edə bilir. İnkubasiya dövrü orqanizmin rezistentliyindən, im­mu­­no­bioloji re­ak­tiv­liyindən, törədicinin viru­lentli­yindən və orqaniz­mə da­­xil olma yo­lun­dan asılı olaraq dəyişə bilər. Qarayara xəstəliyi il­dı­rım­­va­ri, iti, ya­rım­iti, həmçinin bəzi hallarda xroniki və abortiv ge­di­şat­la xarakterizə olu­nur.

İldırımvari gediş zamanı (qoyun və keçilər, atlar, qaramal üçün xa­rak­terdir) həyəcanlanma, daxili bədən temperaturun yüksəlməsi, tə­nəf­­­füs və nəbzin tezləşməsi, görünən selik qişaların sianozlaşması baş ver­­mək­lə, heyvan gözlənilmədən, ani olaraq yıxılır, qıc olmadan ölür. Bu gedişat zamanı xəstəlik bir neçə dəqiqədən bir neçə saata qədər da­vam edir.

İti gediş zamanı (iribuynuzlu heyvanlar və atlar üçün xarak­te­rik­dir) daxili bədən temperaturası 420C-dək yüksəlir, halsızlıq, yemdən im­tina, qaramalda laktasiyanın ani olaraq dayanması, ürək fəa­liy­yə­ti­nin pozulması, əzələlərdə titrəmə, nəbzin və tənəffüsün tezləşməsi, ba­ğır­­saq­­lar­da qaz toplanması, ishal və qəbzlik yaranır. Boğaz hey­van­lar­da balasalma (abort) baş verir.

Aqonal (canvermə dövrü) dövründə bütün heyvanlarda təbii də­lik­lərdən qanlı-köpüklü maye axır. Bu gedişat 2-3 gün davam edir və 100% ölümlə nəticələnir.

Yarımiti gedişat zamanı xəstə heyvanlarda meydana çıxan ki­li­ni­ki əlamətlər, iti gedişdə olduğu kimidir.

Yarımiti gediş zamanı bəzən, kliniki əlamətlər büruzə vermir, xəs­tə sağalmış kimi görünür. Xəstəliyin gedişatı 8 günə qədər davam edir və vaxtında müalicə aparılmasa ölüm baş verir. Bu gediş zamanı xır­dabuynuzlu heyvanlar üçün əsas xarakterik cəhət yelin və cinsiyyət or­qanları nahiyyəsində dərinin hiperemiyası və şişkinliklərin mü­şa­hi­də olunmasıdır.

Abortiv gedişat formasına təsadüfi hallarda rast gəlməklə daxili bə­dən temperaturasının nisbətən zəif dərəcədə yüksəlməsi, xəstəlik üçün xarakterik olan kliniki əlamətlərin müşahidə olunmaması ilə xa­rak­terizə olunur, əsasən sağalma ilə nəticələnir.

Xəstəliyin xroniki gedişatı nəticəsində heyvanlarda kəskin arıq­la­­ma baş verir. Donuzlarda isə boyun nahiyyəsində limfa düyünləri il­ti­­hab­­laşaraq, kəskin böyüyür. Xroniki gediş zamanı xəstəlik 2-3 ay da­vam edə bilir.

 Xəstəlik yerli-lokal (karbunkulyoz və septiki) formalarda özünü büruzə verir. Patoloji prosesin lokalizasiya yerindən asılı olaraq, xəstə­li­­yin dəri, bağırsaq və ağciyər formaları mövcuddur.

Karbunkulyoz forma ləng gedir və 5-7 gün çəkə bilir. Bu zaman bə­dənin müx­təlif nahiyələrində karbunkullar inkişaf edir, əmələ gələn şiş­lər bərk konsis­tensiyaya ma­lik olmaqla, isti və ağrılı olur. Sonra isə hə­min şişlər soyuq və ağrısız olur. Formalaşan şişlərin mərkəzində nek­rozlaşma və yara əmələ gəlir. Xəstəliyin septiki for­ması zamanı bə­dən temperaturu 41-420C-dək yüksəlir, halsızlıq, öskürək, su­suzluq, di­areya, qanla qarışıq nəcis, sidiklə qarışıq qan, selikli qişaların sianoz­laş­ma­sı, burun və ağız boşluğundan qanla qarışıq mayenin-in­filt­ratın ay­rılması, tim­pa­niya (iribuynuzlu heyvanlarda) və sancı (at­lar­da) xa­rak­terik simptomlar hesab edilir. Xəs­tə­liyin bağırsaq forması da­xili bədən temperaturunun yüksəlməsi, mədə-bağırsaq traktının funk­sional fəallığının pozulması, işgənbənin fəaliyyətinin dayan­ması ilə xarak­terizə olunmaqla, qanla qarışıq halda ishalın baş verməsi mü­şa­hidə olunur. Bu zaman qanla qarışıq sidik ifrazı da xarakterikdir.

Ağciyər formasına təsadüfi hallarda rast gəlinir. Xəstəliyin ağci­yər forması zamanı pnevmoniya və ağciyərlərdə şişkinliklər for­ma­la­şır. Xəstələr asfiksiya nəticəsində ölür.

İnsanlarda xəstəliyin inkubasiya dövrü 8 saatdan 2-3 günə qə­dər­dir. Xəstəliklə yoluxma zamanı, insanlarda əsasən (95-97%) dəri for­ma­sına təsadüf olunur. Dəri forması zamanı letallıq 2-3 %-ə qədərdir. Ya­yılmış forma zamanı letallıq 100% olmaqla, ölüm 2-3 gün ərzində in­feksion-toksiki şok nəticəsində baş verir.

Qarayara insanlarda dəri, ağciyər və bağırsaq formasında müşa­hi­­də olunur. Xəstəliyin qeyd olunan formaları, xəstəlik törədicisi­nin or­­qa­nizma daxil olduğu yoldan asılı olaraq baş verir.

İnsanlarda xəstəliyin ən çox dəri formasına təsadüf olunur ki, bu za­man dəri səthində karbunkullar (yaralar) əmələ gəlir.

Zədələnmiş dəri örtüyü vasitəsilə orqanizmə daxil olmuş Bac. anth­racis, 2-3 sutka keçmiş daxil olduğu yerdə xırda, şişkinlənmiş qır­mı­­zı ləkələrin üzərində tədricən Sarı yaxud qırmızımtıl maye ilə dolu su­luq formalaşır. Daha sonra suluq partlayaraq, yerində kənarları şiş­kin­­li çu­xur meydana gəlir. Çuxurun mərkəzi nekrozlaşaraq qaralmağa baş­­la­yır. Çu­xurun ətrafında xırda suluqlar əmələ gəlir.

Çuxurun mərkəzi hissəsi qara-qəhvəyi rəngdə müşahidə olun­maq­­la bəzən iriləyir. Patologiyaya uğramış sahələrə yaxın limfa dü­yün­ləri şişkin­ləşərək, iltihablaşır. Belə olduqda xəstələrdə bədən tem­pe­raturu kəskin yüksəlir (39-40oC), xəstənin ümumi vəziyyəti pisləşir. Vax­tında düzgün müalicə kursu tam sağalmağa səbəb olur.

Bəzən diaqnozun gecikməsi, müalicənin vaxtında aparılmaması, xəs­təliyin septiki formasına səbəb olur ki, bu da xəstənin ölümü ilə nə­ti­cələnir.

İnsanlarda Qarayaranın bağırsaq forması, Qarayara ilə xəstə hey­vanların ət və digər ərzaq məhsullarından istifadə edən zaman baş ve­rir.

Xəstəliyin bu formasına nadir hallarda rast gəlinir ki, bu zaman baş ağrısı, qusma, ümumi halsızlıq, qarın ağrısı kimi əlamətlər mey­da­na çıxır. Qanlı ishal və ürək fəaliyyətinin zəifləməsi də xəstəliyin ba­ğır­saq forması üçün xarakterik əlamətlər sayılır.

İnsanlarda xəstəliyin bağırsaq forması çox ağır keçməklə, adətən ölüm­lə nəticələnir.

Xəstəliyin ağciyər forması, xəstəlik törədicisinin aspirasion yolla tə­nəffüs aparatına daxil olması nəticəsində baş verir.

Xəstəliyin bu forması zamanı ümumi halsızlıq, bədən tempera­tu­ru­­nun yüksəlməsi, baş ağrısı, tərləmə, quru və ağrılı öskürək, döş qə­fə­­sində kəskin ağrılar xarakterik əlamətlər sayılır.

Qarayaranın bağırsaq və ağciyər formaları vaxtında müalicə edil­­mə­dikdə ölümlə nəticələnə bilər.

Antrokoidlərin sırasında Bac.cereus insanlarda qida toksikoinfek­si­­yasını törədir. Bu zaman, xəstəliyin ilkin saatlarında epiqastrium və me­­zoqastrium nahiyəsində xarakterik ağrılar (sancışəkilli və sızıltılı), mə­də bulanması, qusma və diareya səciyyəvi əlamətlər hesab edilir.

Patogenezin ağırlığından asılı olaraq defekasiya aktı 15-20 də­fə­yə­dək artır. Nəcis kütləsi duru, çox miqdarda olmaqla, bir qayda ola­raq selik və qanla qarışır olur.

Xəstələrdə bədən temperaturu normal və ya subfebril olur, nadir hal­larda isə 390-400C-dək yüksəlir.

Xəstəliyin ağır gedişində, fərdlərdə ürək-damar fəaliyyəti po­zu­lur, qıcolmalar baş verir, bəzi hallarda (bəzi xəstələrdə) yoğun ba­ğır­saq patologiyaya məruz qalır, eyni zamanda kor bağırsaq nahiyəsində ağ­rılar baş verir.

 

Patoloji-anatomiki dəyişikliklər. Qarayara xəstəliyindən öl­müş heyvanların yarılması qəti olaraq qadağandır. Ölümdən sonra cə­­səd möhkəm şişir və sürətlə çürümə baş verir. Təbii dəliklərdən qan­lı-kö­püklü infiltrat axır. Dərialtı toxumada serozlu-hemorroji ma­ye mü­şa­hidə olunur. Xəstəlik zamanı qan laxtalanmamış ol­maq­la, tünd qır­mı­zı rəngdə müşahidə olunur. Limfa düyünləri bö­yü­mək­lə, qaraciyər və böyrəklər doluqanlı, ağciyər və ürək hi­pe­re­mi­ya­lı olmaqla, üzə­rin­də qan sağıntıları müşahidə olunur. Xəstəlik nə­ti­cəsində dalaq xa­rak­te­rik kəskin böyüməklə, pulpası yumşalmış olur. Nazik bağırsaq şö­bə­sin­də, bağırsağın selik qişası hiperemiyalı və qan sağıntılı olmaqla, ba­ğırsaq möhtəviyyatı duru və qan rən­gin­də müşahidə olunur. Yoğun ba­ğırsaqda xarakterik dəyişikliklər nə­zə­rə çarpmır. Bəzən isə düz ba­ğır­sağın selik qişalarında kar­bun­kul­lar müşahidə olunur. Baş beyin və onur­ğa beyinin qan sağıntılı və hiperimiyalı olması diqqəti cəlb edir.

Diaqnoz. Xəstəliyə epizootoloji xüsusiyyətlər və kliniki əla­mət­lər nəzərə alınaraq, laboratoriya müayinələri əsasında dəqiq diaqnoz qo­yulur.

Patoloji material. Bakterioloji analiz məqsədilə laboratoriyaya, xü­susi yarma qaydalarına əməl olunmaqla, heyvanlardan patoloji ma­te­riallar götürülərək göndərilir. Bu məqsədlə xəstə yaxud xəstəlikdən öl­müş heyvanların qulağının səthi qan damarlarından təhlükəsizlik qay­dalarına ciddi riayət etməklə (aseptika qaydalarına ciddi əməl et­mək­lə), qan-götürülərək (həşəratlardan qorunmaq şərtilə) bir neçə əş­ya şüşələri üzərində qalın qan yaxmaları hazırlanaraq, havada qu­ru­du­lub, perqament kağıza, daha sonra polietilen vərəqəyə bükülərək, sın­ma­­yan qutuya (qaba) qoyulur və laboratoriyaya göndərilir. Qan dam­la­sını adi şəkər və təbaşirə hopdurub göndərmək də mümkündür.

Patoloji material olaraq qulaq nümunəsi də göndərmək məqsədə uy­ğundur. Bu məqsədlə ölmüş heyvanın qulağını (alt hissədə qalan) kə­sib götürmək üçün, qulağın kök nahiyəsindən iki tərəfli liqatura qo­yu­laraq kəsilir, kəsilmiş nahiyə bir qayda olaraq dağlanır və yaxud kris­tall kalium permarqanat, fenol, formalinlə kəsilmiş nahiyyəyə təsir edi­lir. Qulaq nümunəsi 3%-li Bor yaxud, 3-5%-li Karbol turşusu hop­du­­rul­muş parçaya bükülür, polietilen örtüklə əhatələnərək, sın­ma­yan qab­­da laboratoriyaya göndərilir. Xəstəlikdən ölmüş heyvanların cəm­də­­yin­də intensiv çürümə prosesi başladığına görə, patoloji nümunə tə­ci­li olaraq götürülüb laboratoriyaya göndərilməlidir. Çürüdücü bak­te­ri­­yalar, qarayara törədicilərinin antoqonisti olduğuna görə, cəmdəkdə Ba­cillus anthracis lizisə uğrayır. Bunu nəzərə alaraq təzə ölmüş hey­van cə­sədindən əldə olunmuş materialın laboratoriyaya təcili olaraq çat­dırıl­ma­sı, laboratoriya müayinəsinin etibarlılığı (nəticənin düz­gün­lü­yü) ba­xı­­mın­dan olduqca vacibdir.

Xəstələnmiş heyvan məcburən kəsilən zaman, Qarayaraya şübhə ya­­ranırsa, bu zaman dalaq, qaraciyər, limfa düyünləri götürülərək la­bo­­ra­toriyaya göndərilir.

Patoloji materialın tez göndərilməsi mümkün olmadıqda, nü­mu­nə mütləq konservləşməlidir. Qarayaraya dəqiq diaqnoz bakterioloji və seroloji, müayinələrin nəticələri əsasında qoyulur. Bakterioloji müa­yinə zamanı mikroskopiya, təmiz kulturanın alınması, (törədicinin kul­tural və biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi), bioloji sınaq hə­yata keçirilir.

Təfriqi diaqnoz. Qarayara bradzot, anaerob enterotoksemiya, pas­terellyoz, enifizematoz karbunkul, yaman şiş, leykoz, piroplazmoz, zə­hərlənmə, timpaniya və günvurmadan təfriq edilməlidir.

Bradzot zamanı qaraciyərdə nekroz ocaqları aşkar edilir, böy­rək­lərdə də həmçinin areaktiv nekroz ocaqları müşahidə olunur.

Əksər hallarda anaerob enterotoksemiya zamanı xarakterik dəyişiklik böy­rək­lər­də müşahidə olunaraq, aşkarlanır. (Böyrək yumşaqlığı)

Pasterellyozla əksərən quzular xəstələnir və xarakterik olaraq ağ­ci­yərlərin zədələnməsi baş verir.

Emfizemator karbunkul üçün xarakterik cəhət, əzələ toxu­ma­sın­da və dərialtı birləşmiş toxumada bərk şişkinliyin formalaşması və şiş na­hiyyəsinin yarılması zamanı qaz qabarcıqlarının ayrılmasıdır.

Yaman şiş zamanı nəticədə dəri örtüyü və dərin toxumalar, yun qır­xımı, axtalanma, doğumdan sonra travmatik zədələnmələr inkişaf edir.

Qarayaradan fərqli olaraq qan laxtalanır, şiş nahiyəsi palpasiya edil­dikdə xışıltılı səs verir, dərialtı emfizema aydın nəzərə çarpır.

Piroplazmoz mövsümü xarakterə malik olan xəstəlik olması ilə fərq­lənir, qandan hazırlanmış yaxmanın mikroskopiyası zamanı erit­ro­sit­lərdə piroplazma parazitləri aşkar olunur.

Leykoz zamanı dalaq kəskin böyüyür – 50-10 sm uzunluğunda olur. Dalağı kəsdikdə qırmızı, sulu, dənəvar görüntü diqqəti cəlb edir.

Divararası və müsariqə limfa düyünlərinin böyüməsi xarakterik he­sab edilir.

Septiki dalaq və serozlu-hemorroji limfadenit leykoz zamanı sə­ciy­yəvidir.

Zəhərlənmə üçün qoyunlarda eyni vaxtda kütləvi xəstələnmə xa­rak­terik hesab edilir.

Günəş vurma isti havada müşahidə olunur və bu halda ağci­yər­lər­də şişkinlik qeydə alınır.

Diaqnozun qoyulması üçün maksimal müddət ilkin olaraq bir sut­ka, yekun olaraq isə 1-3 gündür.

Müalicə. Xəstəliyin müalicəsində Qarayara əleyhi hiperimmun se­rum, qammaqlobulin, antibiotiklərdən (pensillin, bisillin, strepto­mi­sin, ampisillin, tetrasiklin, eritromisin) kompleks formada müvafiq do­za­­lar­da istifadə olunur. Təbii düzgün qoyulmuş diaqnozdan sonra, xəstənin izolyasiya şəraitində müalicəsi aparılan zaman bioloji təhlükəsizliyin təmin olunması diqqət mərkəzində olmalıdır. Qara­ya­ra­nın karbunkulyoz forması zamanı, mü­alicə yerli iltihabəleyhi olaraq aparılır. Bu zaman kristall-karbol tur­şusunun 3-5%-li məhlulunun işlədilməsi effektli nəticə verir.

Qarayara əleyhi hiperimmun serum xırdabuynuzlu heyvanlara, do­nuz və buzovlara 50-100 ml, iribuynuzlu heyvanlara və atlara 100-200 ml dozada vena daxilinə yeridilir.

Anafilaksiya şokunun meydana çıxmaması üçün, qabaqca serum 0,1-1 ml dozada vena daxilinə vurulur və 30 dəqiqə keçmiş, tam doza in­yeksiya edilir.

Antibiotiklər müvafik dozalarda, seriumla birgə işlədilir. Əgər xəs­tənin temperaturu 12 saat müddətində aşağı düşmürsə, müalicə kur­su təkrar edilməlidir. Qarayara zamanı müalicə kursu 3-4 gündür.

İmmunitet. Qarayaradan təbii sağalmış heyvanlarda, xəstəliyə qar­şı uzun muddətli və gərgin immunitet yaranır. 1940-cı ildə N.Gins­burq STİ vaksini əldə etmişdir ki, hazırda bu vaksindən baytarlıq və tibb­də geniş istifadə edilir. 1989-cu ildə qoyunların Qarayarasına qarşı 55 №-li ştamdan hazırlanmış yüksək immunogenliyə malik diri vak­sin təklif edilmişdir. Yüksək effektli bu vaksin hazırda müvəffəqiy­yət­lə tətbiq edilir. DENİ və STİ vaksinləri ilə peyvənd olunmuş hey­van­lar­da, 10 gün keçmiş immunitet yaranır və qeyri həssaslıq bir ilədək da­vam edir.

Boğaz heyvanlar (doğuma 2 ay qalmış), yeni doğulmuşlar, arıq və zəif heyvanlar, körpələr və həmçinin başqa infeksion xəstəliklərlə yo­luxmuş heyvanlar peyvənd edilməməlidir.

İnsanların və heyvanların qarayarasına qarşı hazırda mövcud olan universal vaksin “UNİVAK” peyvənd olunmuş fərdlərdə 18 ay (1,5 il) davamlı immunitet yaradır. Passiv immunizasiya məqsədilə hi­pe­rimmun serumdan və ondan ayrılmış qammaqlobulindən istifadə olu­nur. İnsanlarda vaksino profilaktika plana uyğun olaraq, diri STİ Qa­rayara vaksini ilə 21 günlük fasilə ilə 2 dəfə dəriüstü aparılır. Re­vak­sinasiya isə hər il aparılmalıdır. Bu məqsədlə əsasən Qarayara tö­rə­dicisinin diri kulturası ilə işləyən, xəstəlik törədicisi ilə si­ra­yət­lən­miş patoloji materialın müayinəsi ilə məşğul olan insanlar, həmçinin zoo­baytarlıq işçiləri peyvənd olunurlar.