---Betta Komandası---

Aradan aylar keçdi,Murad artıq ölkəni tərk etmişdi.Ayaza da pul göndəmirdi.Nərmin də bunu bilirdi.Onların yaşamaları üçün pul və qida lazım idi.Ayaz gecələri mühafizəçi işləyir,gündüzləri isə Nərminə qulluq edirdi.Nərmin bərk soyuqlamışdı.Fiziki qüsuru azmış kimi,indi də qrip yaxasını buraxmırdı.Ayaz onu yatağa uzatmış üstünü də bərk-bərk örtmüşdü.Gözlərinin altı çökmüş halda oradaca uzanırdı.Qızdırması da vardı.Hərarətdən dolayı zorluqla nəfəs alırdı.Nərminin otağındakı soba yavaş-yavaş yanırdı.Taxtaların çıtırtısı yorğun qıza layla kimi gəlirdi.Hər gün öz zəif,cansız bədənini görmək olduqca ağır idi,bundan əlavə də qrip onu əldən salırdı.Bir az sonra Ayaz içəri girdi,əlindəki toyuq şorbasını yatağın yanındakı çəkməcənin üzərinə qoydu.Əli ilə Nərminin qızdırması olub olmadığına baxdı.İstidən əli az qalsın yanacaqdı.İki gün öncə həkimin yazdığı dərmanları da son pulu ilə almışdı.Onları Nərminə içirdi.Ardınca da şorbanı Nərminə yedirtdi.Ayaz onu qucağına alıb aynanın qarşısına gətirdi.Nərminin gözləri işıqlandı.Bayırda yağan qar bütün küçəni,binaları,maşınları,hətta poçt qutularını belə örtmüşdü.Bəm-bəyaz yerlər göz oxşayırdı.Günəşin qarşısını kəsən buludlar ,bəzən aralanır və şüanın qarda bərq vurmasına izin verirdilər.Bunlarla bərabər soba da çıtırtıları ilə sanki öz hekayəsini danışırdı.Hər nə qədər hüzün dolu bir həyatı olsa da,hər şeyə pozitiv baxmağa çalışan Nərmin üçün bu möcüzə kimi bir şey idi.Uzun zamandır yağmayan qardan sonra,ilk dəfə idi ki qar yağırdı.Ayaz Nərminə hərşeyin yaxşı olacağını deyib otaqdan çıxdı.Həmin gün boyunca qar yağdı və işıqların qarşısından keçərək parıldadı.Sanki göydən ulduz parçaları yağırmış kimi mənzərə yaradırdı.İki gün sonra qar ərimiş ,küçədə su birikintiləri qalmaqda idi.Ayaz həyətdə oturub isti şokoladını yudumlayırdı.Həyətin darvazasının qarşısında qara,bahalı bir maşın dayandı.Maşından düşən ögey qardaşı idi.Ayaz ona nifrət edirdi.Onun adı Coşqun idi.Yaxınlaşıb Ayazla görüşdü.Atasının onunla danışmaq istədiyini dedi.

 

 

Ardı gələcək. 

Məmmədov Hüseyn   11/02/2020

---Betta Komandası----