Qara həraləri qırmızlıq içərisində qeyb olmuşdu.Göz yaşları al yanaqlarını isladır, dodaqları fırtınanı gizlədərcəsinə titrəyirdi.Dünyanın ən gözəl musiqilərindən birini dinləyirdi,qəlbini.Quş tək çırpınıb, azadlığını itirən dünyada yaddaşlara yazılan hadisələri bir daha xatırlayırdı.İllər əvvəl gözlərinin önündə öldürülən atasının qanlı cizgilərinə həbs olub,yandırıran həqiqətlər gizlənən torpaqda nəfəs alırdı.Uzadılan əllərin kəsik damarlarının üzüntülərində gəzib,atmağı buraxan hər bir qəlbin günahını xoşbəxtliklə yaradan mənfurları izləmişdi hıçqırılarla.Həyatını xilas etməyə çalışan anasının və qardaşının birlikdə parçalanmış ətlərinin fəryadına toplanmış dəstələrin həzzində yox olmuşdu ruhu.O Zaman dəyişib,dünya dəyişib,yaddaşlar silinməyib.Bizlər bu gün xatırlayırıq,mübarizə aparırıq ədalət üçün.Onlar isə yaşayır.Bir gün mütləq ...