• Dünyanın ən bahalı və ən qiymətli yumurtaları  Faberje yumurtaları  sayılır.Bu yumurtalar quruluşuna görə qaz yumurtası böyüklüyündə olub, üzəriləri qiymətli daşlarla bəzədilmiş və hər yumurtanın içində müxtəlif süprizlər gizlədilmişdir.  Faberje yumurtalarının çox hissəsi Amerikada bir qismi isə Rusiyada Kremil sarayındadır.  Bu yumurtalar 1885 -1917ci illərdə Rusiya çarları üçün hazırlanan zərgərlik məmulatlarıdır. Faberje yumurtası ilk dəfə Carl Faberje tərəfindən hazırlanmış, daha sonralar onun oğlu Peter Carl tərəfindən daha da inkişaf etdirilmişdir.  İlk Faberje yumurtası sayılan "Toyuq" ( bəzi mənbələrdə "İlk Toyuq") Rus çarı III Aleksandrın əmri ilə hazırlanıb. Məlumatlara görə Çar bu yumurtanı  Pasxa bayramı hədiyyəsi olaraq həyat yoldaşı Mariya Fyodorovna  üçün hazırladıb.  Faberje yumurtalarından 53 dənə olduğu deyilir. Onlardan 45inin harda olduğu məlum idi, lakin 8inin harda olduğu haqqında heç bir məlumat yox idi. Bir neçə il  əvvəl tapılmayan 8 ədəd Faberje yumurtasından 1i Amerikada tapılmışdır, qalan 7 ədəd yumurtanın hələdə harada olduğu bilinmir.