Estrada Azərbaycan tarixində bir incəsənət növü kimi tam olaraq XX əsrdə yaranmışdır. İlk estrada tam fərqli şəkildə fəaliyyət göstərirdi. Qaravəlli tamaşaları, aşıq sənəti, kəndirbaz və meyxanaçıların çıxışları, xalq tamaşaları ilk estradamızı təşkil etmişdir. Estrada sənəti professional yaradıcılıq növü kimi 1920-ci ildən təşəkkül tapmışdır. Bakı Azad Tənqid - Təbliğ Teatrının yaradılması Azərbaycan estrada sənətinin inkişafı üçün geniş imkanlar açdı. Teatrda miniatür tamaşalar vasitəsilə əski dünya ifşa olunur , aktual mövzular ön sırada göstərilirdi. Zülfüqar Hacıbəyov, Asəf Zeynallı bu tamaşalara musiqi bəstələmişlər.

Estrada musiqisi yeni inkişafa qədəm qoyduğu zamanda Bədii qiraət onun əsasını təşkil edirdi. Aktyorlarımızdan Kazım Ziya, Ələsgər Ələkbərov, Həsənağa Salayev, Səməndər Rzayev,  Məhluqə Sadıqova  və b. mükəmməl bədii qiraət ustaları kimi tanınmışlar. 

1941 - ci ildə Azərbaycan Dövlət Caz Orkestrinin yaradılması estrada sənətinin inkişafı üçün geniş imkanlar açdı. Orkestr üçün musiqi T.Quliyev , H.Nemətov , R. Hacıyev bəstələyirdilər. A.Bünyadzadə , D.Bağırbəyova və b. orkestrin ilk ifaçı və solistlərindən olmuşlar. 

İkinci dünya müharibəsi illərində Azərbaycan estrada müğənniləri cəbhələrdə konsertlərdə ifa edirdilər.Bu dövrdə məhz satirik-yumoristik duetlər , siyasi satira kütləvi mahnı janrı geniş yayılmışdı. Müharibədən sonra Azərbaycanda vokal janr xüsusilə inkişaf etmişdir. Azərbaycan Estrada musiqisinin yüksəlməsində bu dövrdə R.Behbudovun əməyi böyük olmuşdur. 1961 - ci ildə yaradılmış "Qaya " vokal kvarteti Azərbaycan estrada sənətinin inkişafın daha da sürətləndirmişdir. Müğənnilərimiz M.Maqomayev, R.Behbudov, V.Mustafazadə , P.Bülbüloğlu, M.Babayev, F.Kərimova , İ.Rzayev ,İ.Quliyeva , Ş.Ələkbərova , Y.Rzazadə, M.Tağıyev(Tac qrupu), E.Rəhimova və adın qeyd etmədiyim onlarla sənətkarımız Estrada musiqisi tarixində öz adların qızıl hərflərlə qeyd etmişlər.

Azərbaycan musiqisi dünya musiqiləri içərisində hər zaman özünə məxsus yer tutmağı bacarmışdır. Bu günkü günümüzdə də musiqimiz inkişaf edir və öz səsini dünyaya suyudur. Müğənnilərimiz A.Kazımova, T.Əmrah ,B.Dadaşova, Z.Hüseynov,  R.Ayxan , Miri Yusif, S.Ələkbərzadə , T.Ağayeva , F.Ağayev, Ç.Mustafayev, L.Məmmədova və b. estrada musiqimizin parlaq simalarındandır. 

Hər birimiz çalışaq milli musiqimizi sevək və dəyər verək. Zövqlər müxtəlif ola bilər , amma musiqimiz də eyni zamanda çox zəngin və rəngarəngdir. İnanıram ki, milli musiqimizdə hər birimizin zövqünə uyğun musiqi var. İstər retro, istər müasir, istər folkllor, rep, jazz, istərsə də Estrada musiqimiz. Xoş dinləmələr ).

Müəllif: Sənəm Fərhad 

İstinad olunmuş mənbə: Azərbaycan Milli Ensiklopediyası.