Sən getdin! Sadəcə bir kəlmə.

-Ayrılırıq...

O an,o an zaman dondu gözlərimdə..Hətta yağış yağırdı amma yer islanmırdı,çünki hər damlası yanağımdan dodaqlarıma qədər süzülürdü.Sən getdin,amma heç düşünmədin..Nəyi? Xəyallarımı, ümidlərimi, arzularımı,getdiyin gündən sonrasını,gələcək olanları,hətta olacaq olanları.Ayrıldıq dediyində bütün güllərin həyata küsdüyünü görmədin,sən o an bütün insanların susub bizi dinlədiyini bilmədin. Çünki,sənin üçün o qədər rahat idi-getmək,tərk  etmək, ayrılmaq..Ey sevgili,gedişin elə bir yanğın olduki mənim üçün, söndürəcəm deyə gələnlər daxil içində kül oldular!Mənsə hələ də göz yaşlarımla gəlişini gözləyirəm.Çoxmu axmaq olmuşam görəsən?Gözləmək dediyimlə, gözləməyimlə...Amma yox sən anlamırsan,axmaqlıq deyil sevgi dolu cümlələrimlə yarım qoyacağam, bir gün gəlib xoşbəxtliyə tamamlamağın diləyi ilə susuram...susuram...susuram..və bu susmaq əbədi həyatımın qovşağında olacaq.Əbədi həyatıma,əbədi həyatımıza susuram,sevdiyim!