Film 1994-cü ildə Lük Bessonun rejisorluğu ilə çəkilmişdir. Ssenarisi də rejisor tərəfindən yazılmışdır. Əsas rollarda Jan Reno və Natali Portman oynayıb. Film 8.5 İMDb qiyməti almışdır.


   Filmin məzmunu: Leon peşəkar qatildir. O, rəhmsiz və amansız Leon Mantanadır. Qonşusu narkotik alveri etdiyi üçün polis əməkdaşları tərəfindən güllələnir. Alverçinin yeganə qızı Matilda hadisə baş verən zaman dükanda olduğu üçün canını qurtarır. Leona pənah gətirən qızcığaz intiqam hissi ilə yanır. Bu tanışlıq hesabına qatil ilk dəfə olaraq, sevgi hissi ilə tanış olur. Matilda ailəsinin intiqamını almağı ondan xahiş edir.


   Filmin janrı kriminal savaşdır. Az yaşlı qızın qəlbinin nifrətlə dolub onda intiqam hissinin yaratması çox gözəl şəkildə lentə alınmışdır. Aktrisanın az yaşlı olmasına baxmayaraq rolunu çox gözəl ifadə etmişdir. Leonun Matildaya münasibəti, davranışı da ayrı bir maraq cəlb edir.


   Filmi gözümü çəkmədən izlədim və çox bəyəndim. Sevimli filmlər listimə əlavə etdim. Hər kəsə tövsiyyə edirəm.