Birisi Rep mi dedi?

 

Azərbaycanda ilk Rep ifaçısı Şəhid Çingiz Mustafayevdir. Sonralar  Nağılbaz, Dərya, Xose , Dəyirman, H.O.S.T və s.. kimi reperlər və qruplar yarandı,  repi yaşatmağa davam etdi. AzRep adlanan Azərbaycan repi H.O.S.T-un dövründə güclənmiş , Dəryanın dövründə inkişaf etmişdir. 2012ci ildən AzRep daxilində 3 bölgəyə (Gəncə rep, Sumqayıt rep və Bakı repə) bölünüb. Sumqayıt Repdən "Neytral Zona" adlanan Rüzgar ,Defakto, Çarli və Obamanın olduğu rep qrupu Sumqayıt repinin sahibi hesabı olunurdu.Gəncə repi daha çox diss savaşları ilə yadda qalmış və tanınmış bir çox repçilərin ( RG, Aslıxan, Miro və s. -nin) məkanı olmuşdur. Bakı repindən isə Xose, Paster, Xpert, Epi, Omen,Mc Bus, Koryolçu, A4, Okaber və s.. MC-lər daxil idi. Bir çox qruplara( Big Nation, H.O.S.T , KM, Synaps , Madhouse, Old Rap, Dörd2Sıfır və s..) malik olan Bakı Azrepin vətəni kimi bilinir. İndi trendə olan bir çox MC-lər 2014cü ildə məhşurlaşmış olan "EON LİGA" rep yarışından çıxmışdır. Eminali bu Battle yarışın təşkilatçısı və aparıcısı idi. Eon Liga isə öz növbəsində " Mic Controla" tabe idi. "Grime Clash " battlelarında da bir çox MC-lər yetişmişdir. 

İndi isə AzRep Mc-lərinin cəm məkanı kimi 2 proyekt fəaliyyət göstərir. " Kəllə-Kəlləyə" - Muzzy , "Yeraltı"- Fidan. 

Azrep MC-ləri haqqında bir az məlumat verəsi olsam belə deyərdim ki, Lirika üzrə - Slayer s9, DnJo, Tibu, Epi, Noton,Aslixan Liberant , Badclause, Pranga , FTB və s.. kimi Mc-lər , Hiphop üzrə- Xpert, Ziqzaq, Paster, Omen, Rzza, Tefo, Koryolçu, Epi, Asixan ,Noton və s.. kimi Mc-ləri göstərmək olar. 

 

Ən sərt musiqi olan Repi  bəyənməyənlər hər nə qədər çox olsalarda belə bir gerçəkliyi də göz ardı etmək olmaz ki, 50trenddən 30u repdir. Rep həmişə sevilib,  TwoPack, B.I.G və başqalarının dövründə sevildiyi kimi daim seviləcək rep...