Çox qısaymış kimi görünən məsafələr vardı gənc səyyahın həyatında.Hamı tərəfindən bilinən,hər addımında qarşısına çıxan,çox yaxınındaymış kimi görünən,lakin qərinələr qədər uzaq olan məntəqələr artıq yaşamını dözülməz etmişdi ...
Möcüzələr diyarında gördükləri,yaşadıqları,rənglərini itirən dünya keşməkeşli səyahətlərin yorğunluğunu ən ağır şəkildə hiss etdirmişdi ona.Bir də varmış kimi görünən "yox"lar əlavə olunmuşdu bu yorğunluğa...Niyə başlamışdı ki bu səfərlər?Tanıdığı yüzlərcə insan,qarşılaşdığı minlərcə heyrətamiz hadisə,kəşf etdiyi Günəş,qəlbinin ən dərinlərində apardığı mübarizələr,-hamısı boş və mənasız idimi?..
Sərt soyuqların hakim kəsildiyi Buz dağını fəth etmişdi o...Qızmar səhraların istiliyinə,üzünə bağlanan qapılarda hər qırılan ümidinə rəğmən səbrlə davam etmişdi səyahətinə...Lakin nəsə vardı,nəsə çatışmırdı qazandıqlarında...Anlaşılmamışdımı,anlaşılmışdı,lakin əskik anlamışdılar onu...İstəklərini,məqsədlərini,rəngli dünyasını çox əskik anlamışdılar...Bundan idi dünyasının solan rəngləri.Bundan idi yanındaymış kimi görünən görünməz məntəqələrin varlığı...Hər qarşılaşdığı insan öz zənniylə başa düşməyə çalışmışdı onu.Zənnlər,yanlış anlaşılan məqamlar.....Ondan nə istədiyini,bu diyarlara niyə gəldiyini soruşmaq heç kimin ağlına belə gəlməmişdi...Səbr,sükut və hüznlə:"Vardır bunda da bir xeyir..."-deyərək davam etmişdi yoluna Gənc səyyah...Əlbət bunda da bir xeyir vardı....????????