"Pianoçu" filmi

İl: 2002

İMDb: 8.5

????Filmin rejisoru Roman Polanski, Ssenari müəllifi Ronald Xarvud və Vladislav Şpilmandır.

????Film 2003-cü ildə ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatına layiq görülmüşdür.

????Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. İkinci Dünya müharibəsinin ağır günləridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır. Xarabalıqdakı otaqların birində piano tapan Şpilman hər şeyi unudaraq musiqi dünyasına qapılır. 

????Film olduqca real çəkilib, ikinci dünya müharibəsi illərində yaşanmış bir həyatı təsvir edir, müharibə dəhşətləri olduqca təsirləndirici bir şəkildə lentə alınıb. Şpilman incə sənətin sahibi olsa da dəmir iradəyə malikdir və film boyu evini, ailəsini, həyatdakı mövqeyini, bir sözlə az qala bütün həyatını itirsə də ümidini itirmir. Öz musiqisini bu dəhşətdən və kabusdan qorumağı bacarır.