Bahar gözlərimə qış tək görünür.

Ümidlər,diləklər quş tək görünür.

Qup-quru səhralar yaş tək görünür

Səni görməyəndə ay ömrüm,günüm.

 

Günəşlə isinmir buz olur ürək.

Mənaya sığmayan söz olur ürək.

Misralar içində köz olur ürək.

Səni görməyəndə ay ömrüm,günüm

 

Getdikcə ağarır qara saçlarım.

Sevgindən asılıb dara saçlarım.

Sənsizliyi alır cara saçlarım.

Səni görməyəndə ay ömrüm,günüm.