Azərbaycan Xalq Cumhuriyyətinin yaranıb möhkəmlənməsində qardaş türk xalqının rolu əvəzsiz oluşdur. Belə ki, Azərbaycan Xalq Cumhuriyyəti yaranandan dərhal sonra hökumət Osmanlı İmperiyasında kömək istədi. Dərhal sonra Osmanlı İmperiyası ilə Batum müqaviləsi imzalandı. Daha sonra Türk ordusu komandanı Nuru Paşa qısa müddətə Azərbaycana gəldi. Onun əsas məqsədi milli Azərbaycan ordusunu meydana gətirmək və Bakı və digər Azərbaycan bölgələrinin işğaldan azad etmək idi. Nəticədə Azərbaycan Xalq Cumhuriyyətində "Qafqaz İslam Ordusu" yarandı. Qurulan tabor, alay və bölmə komandirləri əvvəlcə Osmanlı zabitləri, sonra isə Azərbaycanlı türk zabitləri olmalı idi. Beləliklə, yeni qurulan Azərbaycan Xalq Cumhuriyyətinin ordusu yarandı və ordu vaxt itirmədən ərazi bütövlüyünü bərpa etmək üçün hücumlara başladı.

Bakıda doğru hücuma keçən ordu Bakıda yerləşən Qırmızı Ordu əleyhinə müntəzəm güc nümayiş etdirərək Gəncənin 160 km şərqindəki Kürdəmirə doğru irəlilədi. Bu vaxt ermənilərin digər silahlıları şimaldan, Şamaxıda müsəlman kəndlərini yandıraraq, əhalini məhv edərək, müsəlmanları öldürərək, Kürdəmirə doğru irəliləyirdilər.

Bu vaxt Andranik hücum etməyə hazır olduğunda Naxçıvana gəldi, 1918-ci ilin 14 iyulunda Naxçıvana ələ keçirmək və  bölgədəki müsəlman kəndlərini  yıxıb yandırmaq məqsədilə II Qafqaz bölməsinə əmr verdi. Türk ordusu İyulun 20-də Naxçıvana daxil olaraq bunun qarşısını aldı. Erməni müdafiə sistemini məhv edildi. Gəncə istiqamətində Qırmızı ordunun  irəliləyişi İslam ordusu tərəfindən 4 gün davam edən Göyçay müharibəsi ilə dayandırıldı. İyul ayının sonlarında Bakıya doğru  ordu qüvvələrinin şəhərin kənarına çatması böyük uğur idi. Bakının daxilindəki qoçu dəstələrinin köməyi ilədə Qafqaz İslam Ordusu çox itki vermədən Bakıya daxil oldu və Bakı azd ölündür. Türkiyənin tarixində qızıl hərflərlə yazılacaq olan Mehmetciyin böyük fədakarlığı nəticəsində , Azərbaycanın milli qüvvələri öz paytaxtlarına daxil oldular. Altı aylıq qanlı və qəddar əsarət həyatını keçirən türk və müsəlman əhalinin üzü gülürdü və Qurban Bayramı kimi xoş bir gündə, 15 Sentyabrda Bakı öz azadlığına qovuşdu. 15 sentyabrda Azərbaycan Milli Ordusu ,Qafqaz İslam Ordusu nəzdində ilk hərbi paradını keçirdi. Xalqın sevincinin həddi hüdudu yox idi.

1918-ci il noyabrın 17-də Azərbaycan Parlamentinin açılması münasibətilə F.Xoyski çıxışı vaxtı belə dedi: "Daxili işlərimiz çox nizamsız idi, aciz vəziyyətdə idik, nə də bir hərbi gücümüz yox idi. Lakin buna baxmayaraq bu vəziyyəti düzəltməli idik. Xaricdən bizə dəstək lazım idi və bizdə Türkiyəyə müraciət etdik. Türkiyə bizə əsgər və silah verməli idi. Bu şərtlər daxilində başqa dövlətə müraciət edə bilməzdik nəticədə eyni millət və dindən olan Türkiyəyə müraciət etdik.

30 oktyabr 1918-ci ildə Osmanlı Dövləti müttəfiqləri ilə Mondros Sülh sazişini imzaladılar. Müqaviləyə görə, Osmanlı ordusu bölgəni tərk etməli və Zaqafqaziya dəmir yolunun müttəfiqlərin nəzarətinə keçid nəzərdə tutulurdu. Müharibənin şərtlərinə uyğun olaraq İngilis Generalı Tomson, Nuru Paşadan şəhərin Noyabr ayına 17 nə qədər azad edilməsini tələb etdi. 29 noyabrda  Azərbaycandakı Osmanlı əsgərləri Gəncədə toplandı və daha sonra Azərbaycanı tərk etdilər.

Türk ordusunun Azərbaycan və Bakıda müdaxiləsi əsla işğal məsələsi ola bilməzdi. Ənvər Paşa Azərbaycanda Türk ordusu üçün aylıq xərcləri ödəmək üçün bir ayda 50 min lirə istəmişdir. Bir müdaxiləçi ordusu qətiliklə pulu istəməz onu əldə edərdi.

Nəticədə, bunlara demək olar ki, Türk ordusunun qəhrəmanlığına və qardaşlarının azadlığı uğrunda tökdükləri qanların sayəsində Azərbaycan Xalq Cumhuriyyəti tam müstəqillik qazanmış və iki il müstəqil olaraq yaşamışdır. 15 sentyabr  Türkiyə - Azərbaycan tarixinin şanlı, nümunəvi səhifəsidir. Qardaşlar çiyin-çiyinə vuruşaraq  böyük zəfər əldə etdilər. Pis anda qardaş yardımı özünü ən gözəl formada təzahür etmişdir. Azərbaycan xalqı hər zaman Qafqaz İslam Ordusuna minnətdardır , təsadüfü deyilki Bakı Şəhidlər Xiyabanın bir hissəsində o şanlı ordunun şəhidlərinin müqəddəs vücudları dəfn edilmiş və orada onların ruhuna iltifaq olaraq abidə ucaldılmışdır. Abidənin yanında iki müqəddəs, şanlı Azərbaycan və Türkiyə bayraqları dalğalanmaqdadır.