Bilmirəm necə oldu.Soyuq payız gecəsi göründü ilk dəfə. Görərkən nə hiss elədim,hansı hisləri keçirdim bilmədim.amma əminəm ki o hissi ilk kəz yaşadım.Gözlərimin,üzümün nə şəkil aldığını hiss eləmədim.Necə baxdığımı bilmədim. Amma bilirdim ki bu baxış ayrı baxışdır.Yaddaşımdan silinməyən,həyatımı dəyişən bir baxışdır.Gözlərimin qarşısında sanki dünya yenidən canlandı,yer üzü hər günkündən daha artıq süslənib günəşin görüşünə hazırlanırdı,səhəri səbirsizliklə gözləyirdi yer üzü o  gecə. Bilmirəm mənə fərqli gəlirdi ya həqiqətəndə hər şey bu qədər gözəlləşdi,ondan sonra...

Hislərimi özüm anlamayacaq qədər dəyişdi,düşüncələrimi özümə qəribə gələcək qədər dəyişdi. Bilmirəm gördüyümmü ya görmək istədiyimmi yaşatdı mənə bunları. İçimdəki o simi titrətdi baxışları, gözlərimi açdı,dünyanın necə gözəl olduğunu anlatdı,xoşbəxtlik məfhumunun nə demək olduğunu anlatdı və ən  əsası mənə özümü anlatdı. O baxışlar mənə şox şeyi anlatdı o gecə...

Sanki gözlərinə baxarkən orada öz həyatımı,özümün yaşadıqlarımı görəcəkmiş kimi baxdığımın fərqində belə deyildi, amma yenədə eləcə baxırdım. Zamanın durmasını ilk kəz o vaxt istədim,istədim ki zaman dursun və zamanla bərabər bizdə duraq və saatlarla baxmağa davam edim o gözlərə. Gördüyüm yuxu idimi ya yuxudan sonra qarabasma idimi bilmirəm.Bircə şeyi bilirəm ki nə yuxu,nə də yuxudan sonra yaşanan qarabasma insana heç vaxt belə bir hiss yaşada bilməz...O özümün belə bilmədiyim idi.