Bir sən varsan içimdə... Tərifi mümkünsüz duyğuların vəhdəti

Bir sən varsan içimdə... Qəlbimdəki bütün möhtəşəmliklərin banisi

Kirpiklərimdən damla-damla axan, hicran qoxulu sevgim mənim

Bir sən varsan içimdə... Sevgi muzeyimin dəyərli abidəsi!

 

Sevgili hicranım, vüsalına doymadığım məhəbbətim

Qəlbimə həkk edib yaşatdığım inanc dolu məbədim

Yaşama sevincim, yaşama səbəbim, yaşam eşqim

Sənsən mənim güz baxışlı QATİLİM...!

 

Sahibinəm, yoxsa kölən, bəlkə heç nən?!

Sevdin mi məni, sevmədin bəlkə heç bilməm...

Ümid dolu ümidimsən, sevgidən sən nəsibimsən

Qismətimin yalanı, yalançı bir həqiqətsən!